...

Beynəlxalq Sığorta Şirkəti maliyyə göstəricilərini elan etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2016 16:09 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkəti də 2015-ci ilin yekunları üzrə maliyyə hesabatlarını təqdim edib.
Beynəlxalq Sığorta Şirkəti maliyyə göstəricilərini elan etdi

Bakı. Trend:

Beynəlxalq Sığorta Şirkəti 2015-ci ilin yekunları üzrə maliyyə hesabatlarını təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta haqları üzrə ümumi yığımı 11.240.200 manat olub ki, bunun da 11.073.942 manatı birbaşa sığorta üzrə, 166.258 manatı isə təkrar sığorta üzrə olub.

2015-ci ildə Şirkət müştərilərinə 4.138.548 manat sığorta ödənişi verib. Ötən ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq, şirkət 1.118.700 manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti