...

"EY Azərbaycan" şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev "Tərəqqi" medalı ilə təltif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2016 15:17 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə Palata üzvlərini, o cümlədən EY şirkətinin Azərbaycandakı filialının rəhbəri İlqar Vəliyevi “Tərəqqi” medalı ilə təltif etmişdir.
"EY Azərbaycan" şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev "Tərəqqi" medalı ilə təltif edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə Palata üzvlərini, o cümlədən EY şirkətinin Azərbaycandakı filialının rəhbəri İlqar Vəliyevi "Tərəqqi" medalı ilə təltif etmişdir.

İ.Vəliyev Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. O, Çikaqo Universitetinin "Booth" Biznes Məktəbi, İşgüzar idarəetmə üzrə elmlər magistridir. Həmçinin Azərbaycan Respublikasında lisenziyalı auditor və ABŞ-da Lisenziyalı İctimai Mühasibdir. O, EY şirkətinə 1994-cü ilin avqust ayında qoşulmuş və bununla da beynəlxalq audit şirkətində işləmiş ilk Azərbaycan vətəndaşlarından biri olmuşdur. 2007-ci ilin yayında o, beynəlxalq audit şirkətində partnyor olmuş ilk Azərbaycan vətəndaşı oldu. EY şirkətində çalışdığı dövrdə İ.Vəliyev bir il (1995-96) EY-ın Moskva ofisində və iki il (2001-03) Ernst & Yanq şirkətinin London ofisində işləmişdir.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 21 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti