Bakı. Ənvər Məmmədov - Trend:
Aprelin 26-da İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel qarsia-marqalonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İspaniya biznes-forumu keçiriləcək.
Bu barədə Trend AZPROMO-nun saytına istinadən məlumat verir.
Biznes-foruma tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq İspaniya şirkətinin qatılacağı gözlənilir.