...

EY Azərbaycan SOCAR üçün beynəlxalq vergi seminarı keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2016 10:21 (UTC +04:00)
EY Azərbaycan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçün beynəlxalq vergi seminarı keçirdi.
EY Azərbaycan SOCAR üçün beynəlxalq vergi seminarı keçirdi

Bakı. Trend:

EY Azərbaycan 15 aprel 2016-cı il tarixində Bakı Bulvar Otelində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçün Beynəlxalq vergi seminarı keçirdi. Seminar EY şirkətinin Vergi və Hüquq məsələləri üzrə Partnyorları Arzu Hacıyeva və İqor Çufarov, eləcə də Vergi məsələləri üzrə menecer Səbinə Xəlilova daxil olmaqla, EY şirkətinin tanınmış peşəkarları tərəfindən keçirildi. Seminarda SOCAR-ın 50-dən artıq nümayəndəsi iştirak etdi.

Seminarı Arzu və İqor qonaqları salamlayaraq giriş sözü ilə açdılar. Açılışdan sonra qlobal qanunvericilikdə dəyişikliklər prizmasından ofşor biznes strukturlarının qurulmasında yeni era, eləcə də Vergi bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) üzrə əsas tədbirlər və xüsusilə SOCAR-ın üzləşəcəyi nəticələr haqqında təqdimatlar göstərildi.

Vergi məsələləri üzrə partnyor İqor Çufarov belə şərh etdi: "Aydındır ki, beynəlxalq vergi sistemində baş verən cari dəyişikliklər bir neçə yurisdiksiyada fəaliyyət göstərən şirkətlərin üzərinə qoyulan vergi yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Belə şirkətlər qanunvericilikdə baş verən dəyişiklikləri diqqətlə izləməli və qanunvericilik tələblərinin yerinə yetirilməsi ilə bağlı yeni öhdəliklərə cavab vermək üçün zəruri olan resursları əldə etməlidir."

Səbinə Xəlilova, Vergi məsələləri üzrə menecer, qeyd etdi: "Müharibədən sonra yaranmış cari beynəlxalq vergi sistemi yeni iqtisadi reallıqlara artıq uyğun deyil. Heç bir hökumət təklikdə təcavüzkar vergi planlaşdırılmasına qarşı uğurlu hərəkət edə bilməz - bunun üçün beynəlxalq dəstək tələb olunur. Hər bir hökumətin qarşısında duran əsas məsələ odur ki, vergi hüquqlarının düzgün istifadəsini təmin etmək məqsədilə beynəlxalq vergi qaydalarına hansı şəkildə yenidən baxılmalıdır?"

Bundan əlavə, SOCAR rəsmilərinə FATCA (the Foreign Accounts Tax Compliance Act - Xarici hesabların vergilərə cəlb edilməsi haqqında qanun) və CRS (Common Reporting Standards - Ümumi hesabat standartları) tələbləri və onların qeyri-maliyyə, transmilli şirkətlərə təsirləri haqqında məlumat verilmişdir. Təqdimatda beynəlxalq fonda köçürmələr və maliyyə alətlərinin istifadəsi ilə bağlı yaranan risk və çətinliklər işıqlandırılmışdır.

Nurlan Sədrəddinzadə, SOCAR Upstream şirkətinin nümayəndəsi, təəssüratları ilə bölüşdü: "Beynəlxalq Vergi Seminarı zamanı EY komandası dəyərli məlumat və praktik təcrübə təklif etdi. İqor Çufarovun BEPS və ofşor sistemində iş haqqında təqdimatı maraqlı oldu və bu proses haqqında yeni və dəqiq məlumat verdi. FATCA üzrə təqdimat ABŞ-ın resident şirkətlərinin məlumat mübadiləsi haqqında əlavə məlumatla təmin etdi."

İclasın xüsusi bölməsi İsveçrə, Niderland, BƏƏ, Malta, Kipr, Rumıniya, Türkiyə və Gürcüstan da daxil olmaqla, SOCAR-ın fəaliyyət göstərdiyi ölkələrin vergi qanunvericiliyində dəyişikliklərə həsr olundu. Canlı müzakirələr aparıldı, dinləyicilər EY şirkətinin Azərbaycandakı ofisinin səylərini yüksək qiymətləndirdi.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 21 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti