...

“AtaTravel” MMC “İsmayıllı-Lahıc”a tur təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2016 10:56 (UTC +04:00)
“AtaTravel” MMC 29 aprel 2016-cı il tarixindən başlayaraq hər həftə sonu “İsmayıllı-Lahıc”a tur təklif edir.
“AtaTravel”  MMC  “İsmayıllı-Lahıc”a tur təklif  edir

Bakı. Trend:

"AtaTravel" MMC 29 aprel 2016-cı il tarixindən başlayaraq hər həftə sonu "İsmayıllı-Lahıc"a tur təklif edir.

"İsmayıllı-Lahıc" turunun bir nəfər üçün qiyməti nəqliyyat xidməti və fotosessiya daxil olmaqla 23 AZN təşkil edir. Səhər yeməyi, nahar yeməyi, çay süfrəsi, professional foto-çəkiliş, Qobuland əyləncə mərkəzinə ekskursiya daxil olmaqla 33 AZN təşkil edir. Nəqliyyat "Excelsior Hotel Baku" otelinin qarşısından yola düşür.

Proqrama Lahıc qəsəbəsinin tarixi abidələrinə və dağ şəlaləs¬inə ekskursiya, Ismayıllıda meşə ətrafında yerləşən gözəl bir istirahət mərkəzində voleybol meydançasına və Qobuland əyləncə mərkəzinə ekskursiya daxildir.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev turla bağlı qeyd etdi: "Bizim təklifimiz Azərbaycanda daxili turizmin inkişafı çərçivəsində hazırlanıb və təbiətdə aktiv dincəlməyi sevənlər üçün nəzərdə tutulub. Turistlər Azərbaycanın ən gözəl regionlarından biri ilə yaxından tanış olacaq və təbiətin oyanmasının gözəlliyindən zövq ala biləcəklər.

Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun. "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilmişdir.

"AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti