...

"Azəravtoyol" ASC "Road&Traffic 2016" sərgisində iştirak edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2016 13:26 (UTC +04:00)
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı Ekspo Mərkəzində təşkil olunan 6-cı Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016" sərgisində iştirak edir.
"Azəravtoyol" ASC "Road&Traffic 2016" sərgisində iştirak edir (FOTO)

Bakı. Trend:

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı Ekspo Mərkəzində təşkil olunan 6-cı Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016" sərgisində iştirak edir.

ASC-dən Trend-ə verilən məlumata görə, qurumun bu sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

11-13 may tarixləri arasında davam edəcək "Road&Traffic 2016" sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı və s. üzrə xidmətlər təklif edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti