Bakı. Azad Həsənli - Trend:
İlqar Novruzov Bank VTB-nin Azərbaycandakı törəmə strukturunun (Bank VTB (Azərbaycan) ASC) İdarə Heyətinin üzvü vəzifəsindən gedib.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, İ.Novruzov 2012-ci ildən bu vəzifəni tuturdu.
Hazırda bankın İdarə Heyətinin tərkibi belədir: İdarə heyətinin sədri Yuri Yakovlev, üzvü Tural Vəliyev.