...

EY Azərbaycan - "Əməliyyat effektivliyinin təkmilləşdirilməsi"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2016 11:05 (UTC +04:00)
EY Azərbaycan Bakıda “Four Seasons Hotel” mehmanxanasında “Əməliyyat effektivtədbir keçirib.
EY Azərbaycan - "Əməliyyat effektivliyinin təkmilləşdirilməsi"

Bakı. Trend:

EY Azərbaycan Bakıda “Four Seasons Hotel” mehmanxanasında “Əməliyyat effektivliyinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədbiri EY şirkətinin Azərbaycan üzrə İdarəedici partnyoru İlqar Vəliyev giriş sözü ilə açıb.

SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti, qonaq məruzəçi Süleyman Qasımov əməliyyat effektivliyinin təkmilləşdirilməsi layihəsinin EY ilə əməkdaşlıq çərçivəsində icrası ilə bağlı tədbir iştirakçıları ilə SOCAR-ın təcrübəsini bölüşüb.

Tədbir EY-ın Bakı, Moskva və Almatı ofislərindən olan mütəxəssisləri tərəfindən keçirilib. Məruzəçilər Azərbaycan iqtisadiyyatında cari tendensiyaları, əməliyyat effektivliyinin təkmilləşdirilməsi layihələrinin icrası üçün ilkin şərtləri və MDB-də əməliyyat effektivliyinin təkmilləşdirilməsi ilə bağlı işgüzar əməliyyat modelləri mövzusunda müzakirə aparıblar.

Orta Asiya və Qafqaz regionu üzrə EY–ın partnyoru, Məsləhətlər Təcrübəsinin rəhbəri Kseniya Babuşkina öz fikirləri ilə bölüşdü: “Hər bir böhran yalnız çətinlikləri deyil, həmçinin imkanları da əks etdirir. Biz bu imkanların reallığa çevrilməsinə kömək edə bilərik.”

“Tədbir uğurla keçdi, belə ki, aktual məsələlər nəzərdən keçirildi və müştərilərimizə hazırkı işgüzar mühitdə sınaq və çətinliklərdən keçməkdə yardımçı olmaq məqsədini daşıyan məhsuldar müzakirələr aparıldı” deyə Məsləhət xidmətləri şöbəsinin meneceri Fikrət Adıgözəlov bildirdi.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev: “Cari iqtisadi dəyişkənlik, əməliyyat effektivliyinin təkmilləşdirilməsini nəzərə alaraq xərclərin optimallaşdırılmış strukturuna nail olmaq və kapital üzərində effektiv nəzarəti təmin etmək kiçik və iri müəssisələr üçün prioritet məsələlərdir. Bugünkü seminar bu sahədə bilik və təcrübə mübadiləsi üçün çox məhsuldar müstəvi rolunu oynayır” deyə rəy bildirdi.

“Zənnimcə, bu tədbir bütün iştirakçılar üçün çox maraqlı və faydalı oldu. Xüsusilə, cənab Qasımovun nitqi təsirli idi” deyə Biznes Məsləhətləri şöbəsinin, Əməliyyatların effektivliyinin təkmilləşdirilməsi üzrə menecer Yekaterina Ponkratova öz fikrini bildirdi.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.
EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda
EY 22 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti