Bakı. Maksim Tsurkov - Trend:
Misirin "EgyptAir" aviaşirkətinə məxsus "Air Cairo" çarter aviaşirkəti Bakı-Şarm-əl-Şeyx marşrutu üzrə uçuşları müvəqqəti dayandırıb.
Bunu Trend-ə şirkət nümayəndəsi deyib.
Şirkətdən deyiblər ki, bunun səbəbi həmin istiqamət üzrə tələbatın zəif olmasıdır.
Şirkətdən qeyd ediblər ki, uçuşlar avqustun 1-dən bərpa ediləcək.