Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Trend SKMF-yə istinadən xəbər verir ki, Fond iyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində işgüzar forum keçirib.
Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin müəyyənləşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış "yaşıl market", kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduzlu hotelin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdiriməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.