...

Beyləqanın kəndlərində köhnəlmiş enerji infrastrukturu yenilənib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2016 14:00 (UTC +04:00)
19-20 iyul tarixlərində Beyləqan rayonunun 5 kəndinin sakinləri elektrik enerjisi və mal-qaraya qulluq sahəsində bir neçə layihənin başa çatmasını qeyd ediblər.
Beyləqanın kəndlərində köhnəlmiş enerji infrastrukturu yenilənib  (FOTO)

Bakı. Trend:

19-20 iyul tarixlərində Beyləqan rayonunun 5 kəndinin sakinləri elektrik enerjisi və mal-qaraya qulluq sahəsində bir neçə layihənin başa çatmasını qeyd ediblər. Tədbirlərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ABŞ səfirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, layihələr USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

EWMI-in texniki dəstəyi ilə Aşağı Çəmənli, Aşıqalılar, Qəhrəmanlı və Oranqala icma üzvləri köhnəlmiş enerji infrastrukturunu yeniləyiblər ki, bu da həmin icmaların artan əhalisini enerji ilə təmin edəcək. İcmalar 14 000 metrdən artıq köhnə kabelləri müasir kabellərlə əvəzləyib və 300-dən çox yeni dirək quraşdırılıb. Bundan 4 kəndin ümumilikdə 5300 nəfərlik əhalisi faydalanacaq.

Həmçinin EWMI-in texniki dəstəyi ilə, Aşıqlı kənd sakinləri 1.500 kq/s emal gücünə malik yem emalı məntəqəsi inşa ediblər və bununla daha tez və daha münasib qiymətə yem əldə edirlər. Bu məntəqənin sayəsində məhsuldarlığın artacağı və kəndin 2600 sakininin bundan faydalanaraq yem emalı ilə bağlı xərclərinin 50% qədər azalacağı gözlənilir.

Ümumilikdə, USAID-in dəstəyi ilə EWMI təşkilatı Azərbaycanın 71 icmasında 110 000-ə yaxın insana fayda verən 81 layihə tamamlayıb. SEDA proqramı vasitəsilə EWMI təşkilatı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşlar, vətəndaş cəmiyyəti və hökumət qurumları arasında əməkdaşlığı təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti