...

Nazirlik: Çörəyin qiymətində artım yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2016 16:42 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır.
Nazirlik: Çörəyin qiymətində artım yoxdur

Trend-i buradan izləyin

Bakı. Trend:

Qiymətləri dövlət tərəfindən tənzimlənməyən malların qiymətlərində baş verə biləcək süni və əsassız artımların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır.

Xidmətdən Trend-ə verilən məlumata görə, monitorinqlər zamanı qiymətlərdə dəyişiklik qeydə alındıqda, bunun səbəbləri araşdırılır və nəticələrindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

Qanunvericiliyə görə, çörək dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil. Bununla belə, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb.

Əgər çörəyin qiymətində dəyişiklik baş verərsə, səbəbləri araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti