...

İyulda BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2016 14:54 (UTC +04:00)
İyul ayında BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub.
İyulda BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. Trend:

İyul ayında BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 2016-cı ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-iyul aylarında bu kəmərlə 17,7 milyon ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il avqust ayının 1-ə qədər BTC-yə 369,9 milyon ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin iyul ayında BTC kəməri ilə 430 min 110 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti