...

AZAL təyyarələrinə "Samsung"la daxil olmaq qadağandır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2016 14:47 (UTC +04:00)
AZAL "Samsung Galaxy Note 7" smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edir.
AZAL təyyarələrinə "Samsung"la daxil olmaq qadağandır

Bakı. Trend:

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərdən uçuş zamanı "Samsung Galaxy Note 7" smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu model smartfonun qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər "Samsung Galaxy Note 7" smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə "Samsung" şirkətinin bu yaxınlarda verdiyi məlumatlarla bağlıdır.

"Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti