Bakı. Azad Həsənli - Trend:
Dekabrın 1-də Bakıda ilk Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək.
Bu barədə Trend Amerika-Azərbaycan Ticarət Palatasına istinadən məlumat verir.
Tədbir Azərbaycanın Vaşinqtondakı və ABŞ-ın Bakıdakı səfirliklərinin dəstəyi ilə Palata tərəfindən təşkil ediləcək.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan və Birləşmiş Ştatlar arasında əmtəə dövriyyəsi 416,2 milyon dollar təşkil edib.