Bakı. Trend:
Bakıda Azərbaycan-İran biznes-forumu keçiriləcək.
Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, İran iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 27-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-İran biznes-forumu keçiriləcək.
Biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, əczaçılıq, nəqliyyat, logistika, turizm, İKT, tikinti, sement və digər tikinti materiallarının istehsalı, mühəndislik, avtomobil ehtiyat hissələrinin istehsalı, köhnəlmiş maşınların utilizasiyası və digər sahələrdə fəaliyyət göstərən İran şirkətlərinin iştirakı gözlənilir.