...

Bu bankın sədri dəyişdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2017 14:36 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Samir Qocayev ”BTB Bank”ın Müşahidə Şurasının tərkibinə daxil edilib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Məlumatda qeyd olunub ki, S.Qocayev daha əvvəl bankın idarə heyətinin sədri vəzifəsində çalışıb.

Onun Müşahidə şurasına keçidi ilə əlaqədar “BTB Bank”ın idarə heyəti sədrinin vəzifələrinin müvəqqəti icrasına idarə heyətinin sədr müavini Rüfət Abbasov təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti