...

Pambıq əkini sahələrinin artırılması Azərbaycana iqtisadi və sosial səmərə gətirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2017 12:50 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Pambıq əkini sahələrinin artırılması Azərbaycana təkcə iqtisadi yox, həm də sosial səmərə gətirəcək.

Bunu Trend-ə Naxçıvan MR-in keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov deyib.

Onun sözlərinə görə, pambıq Azərbaycan üçün ixracatyönümlü məhsuldur və onun artırılması ölkəyə böyük həcmdə valyutanın daxil olmasına imkan verəcək.

R.Orucov deyib: “2017-ci ildə pambıq əkini sahələrinin iki dəfədən çox artırılması planlaşdırılır. Proqnozlaşdırılan məhsul səviyyəsi isə 200 min tondur. Bu ötən ilki göstəricidən 2,5 dəfə çoxdur”.

Keçmiş nazir qeyd edib ki, pambıqçılğın inkişafı çoxlu iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq: “Pambıq istehsalı sosial yönümlü sahədir və bu sahənin inkişafı iş yerlərinin açılmasına səbəb olacaq. Bundan başqa, pambıqçılıq Azərbaycanda zəngin tarixə malikdir. Hələ SSRİ dövründə Azərbaycan ildə iki milyon tona yaxın pambıq istehsal edirdi.”

R.Orucov deyib ki, pambığın ölkənin əkin sahələrinə qayıtması torpaqların şoranlaşmasının dı azalmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti