...

V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2017 16:06 (UTC +04:00)
V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.
V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Bakı. Trend:

Fevralın 17-də Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

Trend-in AZPROMO-ya istinadən verdiyi məlumata görə, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya və digər rəsmi və iş adamlarının iştirakı gözlənilir.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti