Azərbaycan Prezidenti: Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik

Azərbaycan Prezidenti: Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik

Bakı. Trend:

Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim siyasətimiz həmişə belə bir çox vacib amilə əsaslanıb ki, neft bizim üçün məqsəd yox, ölkəni inkişaf etdirmək üçün bir vasitədir. Buna görə də neftin qiyməti çox yüksək olan dövrdə biz neft satışından əldə etdiyimiz gəlirlərdən infrastruktura sərmayə yatırmaq üçün istifadə etdik. Ötən on ildən artıq müddət ərzində demək olar ki, Azərbaycanın bütün infrastrukturu modernləşdirilib. Yeni yollar çəkilib, 6 beynəlxalq hava limanı tikilib. Xəzərdə ən böyük dəniz limanı inşa olunur, 26 elektrik stansiyası, 3000 məktəb, 600-dən çox xəstəxana istifadəyə verilib, kənd təsərrüfatına yüz milyonlarla dollar məbləğində investisiya yatırılıb. Azərbaycana yatırılan həm xarici, həm də yerli investisiyaların ümumi məbləği təqribən 200 milyard dollar təşkil edir. Buna görə də biz neft və qaz amilindən asılı olmayan inkişaf üçün möhkəm baza və özəl sektora sərmayə yatırmaq, ölkə iqtisadiyyatının şaxələnməsinə kömək etmək üçün imkanlar yaratdıq. Neftin qiyməti 3-4 dəfə aşağı düşdükdə əlbəttə ki, sizin də düzgün qeyd etdiyiniz kimi, bizim gəlirlərimiz də azaldı. Lakin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı atdığımız addımlar və Neft Fondunda toplanılmış maliyyə resurslarının köməyi ilə biz böhranın böyük fəsadlarından yan keçə bildik. Onu da deyim ki, ötən ilin büdcəsində neftin bir barrelinin qiyməti 25 dollar götürülmüşdü və o zaman bir barrelin qiyməti 40 dollara yaxın idi. Bu ilin büdcəsində neftin bir barrelinin qiyməti 40 dollar hesablanıb, indi isə bu qiymət təxminən 55 dollar təşkil edir. Buna görə də büdcə siyasəti baxımından biz risklərdən sığortalana bilmişik. Lakin, eyni zamanda, hazırkı vəziyyət bizə şaxələndirməyə daha çox diqqət yetirməyi tələb edir. Hər şeydən əvvəl, biz qlobal nəqliyyat qovşağına çevrilmək üçün coğrafi mövqeyimizdən istifadə edirik. Biz qonşu regionlar - Şərq-Qərb və Şimal-Cənub arasında dəmir yolu əlaqəsini yaradırıq".

İlham Əliyev bildirib ki, Azərbaycan artıq mühüm tranzit ölkəsinə çevrilib: "Biz kənd təsərrüfatına da böyük həcmdə sərmayə yatırırıq və qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının ixracını ən azı iki dəfə artırmaq niyyətindəyik. Ötən dövr ərzində biz yüksək texnologiyalar sahəsinə də investisiyalar qoymuşuq və bu gün Azərbaycan kosmik kluba üzv ölkədir. Biz kosmik sənaye yaratmışıq və müasir texnologiyalar bizə neft və qazdan asılılığımızı azaltmağa imkan yaradacaq".

Prezident təhsil sahəsində də böyük işlər görüldüyünü bildirib: "Bizdə demək olar ki, 100 faiz savadlılıq və ölkənin iqtisadi inkişafına böyük dərəcədə töhfə verə bilən və artıq töhfə verən çox savadlı əhalimiz var. Bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də iqtisadi müstəqillik idi. Çünki biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət yürütmək çətin olardı və xarici borcun aşağı səviyyədə saxlanılması, - onu deyim ki, bu gün xarici borc 20 faiz səviyyəsindədir, - bizə yalnız öz resurslarımıza güvənməyə imkan yaradır. Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Bizim xərclərimiz həmişə gəlirlərimizdən az olmuşdur. Mən hər il hökumətə xərclərin gəlirlərdən az olması və əlavə maliyyə ehtiyatlarının yaradılması barədə göstəriş vermişəm. Ona görə də hesab edirəm ki, neft hasil edən ölkələr içərisində Azərbaycan böhranın öhdəsindən uğurla gəlmiş ölkələr sırasındadır. Lakin əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Bizim turizm sahəsində böyük potensialımız var ki, bu da bizə milyardlarla dollar gəlir gətirəcək. Bizi dünyada indi daha çox tanıyırlar və Əl-Cəzirə televiziya kanalının sayəsində ərəb dünyasında da daha çox tanınırıq. Çünki siz Azərbaycan haqqında bir neçə təqdimat hazırlamısınız. Artıq iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı da işlər aparılır. Bu gün ümumi daxili məhsulun demək olar ki, 70 faizi qeyri-neft sektorunun payına düşür. Növbəti hədəf ixracımızın şaxələndirilməsidir. Neft və qaza gəldikdə isə, qarşıdakı on illər üçün də ehtiyatlarımız var. Əlbəttə ki, bu, bizim maliyyə sabitliyimizə əlavə bir dəstək olacaq, bizə gəlirlər gətirəcək və biz bu gəlirləri yenidən infrastruktur və insan kapitalına sərmayə qoyuluşuna yönəldəcəyik".

Azərbaycan Prezidenti əlavə edib: "Enerji resurslarımıza gəldikdə, hesab edirəm ki, biz enerji siyasətimizi uğurla həyata keçiririk. Bizim şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəmiz var. Bizi Qara dənizlə birləşdirən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Bu, neft təchizatımızın şaxələndirilməsi deməkdir və o deməkdir ki, neft ehtiyatları qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək. Neft hasilatı ilə bağlı olan bütün bu layihələr artıq icra edilmişdir. Beləliklə, biz artıq yüz faiz əmin ola bilərik ki, mövcud infrastruktur bizim üçün və digərləri üçün yetərli olacaq. Yeri gəlmişkən, biz artıq nefti Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə, tankerlərlə Xəzər dənizi ilə və bizim boru kəmərləri sistemi ilə Avropaya, beynəlxalq bazarlara nəql edirik.

Növbəti inkişaf mərhələsi biz nəhəng qaz yataqları aşkar etdikdə başladı. Bizə investisiyaları cəlb etmək və həmçinin qaz boru kəmərləri tikmək lazım idi. Beləliklə, bu proses bir neçə il bundan öncə başladı və bu gün biz Avropanın ən nəhəng infrastruktur layihəsi və ya layihələrindən biri hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, Azərbaycanı bizim qonşu ölkələr vasitəsilə Avropa bazarları ilə birləşdirən üç boru kəmərinin tikintisindən ibarətdir. Birinci boru kəməri Azərbaycan və Gürcüstan arasında olan Cənubi Qafqaz boru kəməridir. İkinci boru kəməri Trans-Anadolu kəməri - TANAP-dır. Bu boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanaraq bütün Türkiyə ərazisindən keçir. Üçüncü boru kəməri isə Trans-Adriatik boru kəməri - TAP-dır. O da Yunanıstan-Türkiyə sərhədindən Albaniyaya, sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya gedir. Beləliklə, bu, ayrı-ayrı hissələrə bölünmüş vahid boru kəməri layihəsidir".

Dövlət başçısı deyib ki, eyni zamanda, Azərbaycanın nəhəng qaz yatağının işlənilməsi bu layihəni Avropada ən böyük layihələrdən biri edir. Ümumi investisiyaların həcmi təxminən 40 milyard dollar və bəlkə də bundan da çox məbləğ səviyyəsində qiymətləndirilir:

"Bu layihə bizə Xəzər dənizinin Azərbaycana aid sektorundakı bütün qaz yataqlarımızın işlənilməsinə, eyni zamanda, boru kəmərinin marşrutu boyunca yerləşən ölkələri və Avropa istehlakçılarını qazla təchiz etmək imkanı yaradacaq. Çünki Avropanın daha çox qaza ehtiyacı var. Onun iqtisadiyyatı daha çox qaz təchizatını tələb edəcək və bu gün Avropanın qaz təchizatları mövcud mənbələrlə məhdudlaşır. Beləliklə, bizim mənbə yeni və böyük mənbədir. Bu layihədə biz liderliyi öz üzərimizə götürdük və ümidvarıq ki, gələn il Cənub Qaz Dəhlizinin 4 seqmentindən 3-ü icra olunacaq. Sonuncu seqment olan Trans-Adriatik boru kəmərinin tamamlanması üçün bir az artıq vaxt tələb olunacaq. Bu, enerji təhlükəsizliyi layihəsidir və enerjinin şaxələndirilməsi bizə imkan verəcək ki, ən azı 100 il istehlakçıları qaz ilə təchiz edək. Bizim enerji layihələrimiz əslində nəqliyyat layihələrinin reallaşmasına təkan verib. Çünki nəqliyyat şəbəkəsinin marşrutuna nəzər yetirsəniz görəcəksiniz ki, o, qaz boru kəməri ilə üst-üstə düşür. Bizim əlverişli coğrafi mövqeyimiz var, lakin infrastruktursuz bu mövqeyin heç bir mənası yoxdur. Hətta regional əməkdaşlıq olmadan infrastrukturun özü belə heç bir məna kəsb etmir. Buna görə də bizim siyasətimiz birinci olaraq infrastruktura sərmayə yatırmaqdan ibarət idi.

Biz indi Xəzər dənizində 25 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük dəniz limanı inşa edirik, 6 beynəlxalq hava limanı tikmişik və Azərbaycan artıq hava nəqliyyatı qovşağına çevrilir. Biz Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən avtomagistral yolları inşa etmişik. Biz daha sürətli çatdırmaya nail olmaq üçün dəmir yollarımızı müasirləşdiririk. Eyni zamanda, biz gəmiqayırma zavodu tikmişik. Bu zavodda indi bizim Xəzər dənizindəki ehtiyaclarımız üçün gəmi və tankerlər istehsal olunur. Beləliklə, bu, işlərin bir hissəsi idi. İkinci hissə qonşularla razılaşmanın əldə edilməsi idi. Çünki malların tranziti üçün qonşularla birgə işləmək lazımdır. Bu, bizim siyasətimizin prioritetlərindən biri idi. Beləliklə, biz qonşularımızla çox yaxşı işgüzar əlaqələr yaratdıq və indi də “Şərq-Qərb Nəqliyyat Dəhlizi” layihəsini icra edirik. Çindən gələn ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən Avropaya keçib. Ümid edirik ki, bu il biz Asiyadan Avropaya birbaşa nəqliyyat şəbəkəsinin açılışını edəcəyik. Bu da məsafəni iki dəfə, 30-35 gündən 14 günə - məhz iki həftəyə qədər azaldacaq. Biz indi, eyni zamanda, qonşularımızla Cənub-Şimal dəhlizi üzərində işləyirik. Bu layihə Azərbaycana Pakistan, Hindistan, Şimali Avropa üçün böyük tranzit ölkəsinə çevrilmək imkanını verəcək. Biz Cənub-Şimal dəhlizi layihəsi ilə bağlı öhdəliyimizi artıq yerinə yetirmişik. Biz lazım olan infrastruktur və dəmir yolu xətlərini tikmişik. Qonşularımızın da öz ərazilərində fəaliyyətlərini və işlərini başa çatdırmasını gözləyirik. Buna görə də bir neçə ildən sonra Azərbaycan tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcək və biz tranzit fəaliyyətindən çoxlu qazanc əldə edəcəyik. Burada söhbət təkcə qazancdan getmir, çünki tranzit fəaliyyəti həm də əməkdaşlıq deməkdir. Çünki qonşularınızla belə münasibətdə olduqda siz sabitliyə, əməkdaşlığa, proqnozlaşdırıla bilinməyə investisiya qoymuş olursunuz. Regiondakı bütün ölkələr bir-birinə bağlı olur. Bu da yaxşı haldır. Çünki bu, sabitlik amillərindən biridir. Beləliklə, bizim enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı siyasətimiz həqiqətən də regional sabitlik işinə böyük töhfədir".

Moskvada hərbi parad keçirilir
Moskvada hərbi parad keçirilir
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Loading Bars
Xəbər lenti
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Sənaye və məişət tullantıları ilə bağlı 650 nəfər barəsində tənbeh tədbiri görülüb
Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq
Bütün xəbərlər