...

EY şirkəti gəlirlərin və əsas vəsaitlərin uçotu mövzusunda təlim keçib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2017 19:30 (UTC +04:00)
EY Azərbaycan Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində “Beynəlxalq maliyyə uçotunun əsasları: gəlirlərin və əsas vəsaitlərin uçotu” mövzusunda Vergilər Nazirliyi üçün təlim keçirib.
EY şirkəti gəlirlərin və əsas vəsaitlərin uçotu mövzusunda təlim keçib (FOTO)

Bakı. Trend:

EY Azərbaycan Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində “Beynəlxalq maliyyə uçotunun əsasları: gəlirlərin və əsas vəsaitlərin uçotu” mövzusunda Vergilər Nazirliyi üçün təlim keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, təlim EY şirkətinin audit üzrə meneceri Kamran Səfərəliyev və EY şirkətinin audit üzrə baş mütəxəssisi Emil Mahmudzadə tərəfindən keçirilib.

Təqdimat və müzakirələr MHBS-nin müxtəlif aspektlərini, o cümlədən gəlirlərin tanınması, əsas vəsaitlərin tanınması, eləcə də MHBS və yerli vergi qanunvericiliyi arasındakı fərqlər kimi məsələləri əhatə edib. Gəlirlərə dair yeni standartın (MHBS 15) tətbiqinə və mümkün vergi təsirlərinə xüsusi diqqət yetirilib. Bundan sonra təlim iştirakçıları maliyyə və vergi auditləri zamanı yaranan əsas məsələləri, eləcə də bu problemlərin mümkün həll yollarını müzakirə ediblər.

K.Səfərəliyev bildirib: “İştirakçılar yeni MHBS müddəalarına və xüsusilə onların vergi təsirlərinə olduqca yüksək maraq göstərdilər və müzakirələrdə fəal şəkildə iştirak etdilər. Təlimdən çox məmnunam və ümidvaram ki, EY Azərbaycan ilə Nazirlik arasında bu əməkdaşlıq uzunmüddətli və məhsuldar olacaqdır. Bir şirkət olaraq biz bu əməkdaşlığı çox yüksək qiymətləndiririk.”

EY iclasda iştirak edən bütün iştirakçıları görməkdən məmnun qaldı və hamıya öz təşəkkürünü bildirir.

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 5,000 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY 23 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti