...

“Atəşgah” sığorta şirkəti Qubada yeni ofis açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2017 18:16 (UTC +04:00)
“Atəşgah” SQ regionların inkişafı proqramı çərçivəsində və təqdim etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə Quba şəhərində yeni regional ofis istifadəyə verib.
“Atəşgah” sığorta şirkəti Qubada yeni ofis açıb

Bakı. Trend:

Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri “Atəşgah” SQ regionların inkişafı proqramı çərçivəsində və təqdim etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə Quba şəhərində yeni regional ofis istifadəyə verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni regional ofis Quba şəhərinin mərkəzində Fətəli xan küç 108A ünvanında yerləşir. (Əlaqə telefonu: (+02333 5 23 16))

Azərbaycanın ən səfalı guşələrindən biri Quba rayonu Bakıdan 160 km məsafədə Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir.

Xatırladaq ki, “Atəşgah” SQ – nun Sumqayıt, Mingəçevir, Xaçmaz, Gəncə, Şəki, Lənkəran, Salyan, İsmayıllı, İmişli, Bərdə, Qazax, Zaqatala, Şəmkir və Sabirabadda regional ofisləri fəaliyyət göstərir.

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti