...

"PAŞA Bank" kredit və depozitlər üzrə faiz dərəcələrini aşağı saldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2018 11:44 (UTC +04:00)

Bakı. İlkin Şəfiyev - Trend:

"PAŞA Bank" uzunmüddətli kreditlər və depozitlər üzrə faiz dərəcələrini aşağı salıb.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında bankın İdarə heyətinin sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltması (uçot dərəcəsi 13-dən 11 faizə endirilib) sayəsində mümkün olub:

"Əgər 2017-ci ilin kreditlər üzrə faiz dərəcələri 18-20 faiz idisə, hazırda 14-16 faiz təşkil edir. Depozitlər üzrə faiz dərəcələri isə 12-dən 7-8 faizə azaldılıb".

T.Kazımov bildirib ki, dərəcələrin aşağı salınmasının digər səbəbi nağdsız əməliyyatların həcminin artması olub.

Xatırladaq ki, "PAŞA Bank" Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti