...

"AccessBank" kollektivi Gəncədəki "SOS uşaq kəndi"ni ziyarət edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2018 19:24 (UTC +04:00)
Bank kollektivi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncədə yerləşən "SOS uşaq kəndi"ni ziyarət edib.
"AccessBank" kollektivi Gəncədəki "SOS uşaq kəndi"ni ziyarət edib (FOTO)

Bakı. Trend:

AccessBank kollektivi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncədə yerləşən "SOS uşaq kəndi"ni ziyarət edib.

Bankdan Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün maraqlı şou-proqram və müsabiqələr təşkil olunub. Bundan başqa, "face art" ustaları öz bacarıqlarını nümayiş etdirərək uşaqların gününə rəng qatıblar.

Ardınca uşaqlara öz istəklərinə uyğun hədiyyələr paylanılıb.

Bununla yanaşı, bank tərəfindən "SOS uşaq kəndi"nin bəzi ehtiyacları qarşılanıb.

AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentlərinin direktoru Günay Cəlilova bildirib: "Biz bu gün uşaqlara bayram yaşatmaq üçün gəlmişdik, lakin balacalar bizə bayram yaşatdı və biz onlardan inanılmaz enerji aldıq. Bu uşaqların həyat sevgisi, onların nailiyyətləri, istedadları bizi heyran etdi. Mən bir şeyi dəqiq anladım ki, bu uşaqların parlaq gələcəyi var. Sözsüz ki, onların uğurunun təməlində uşaqların qayğısına qalan insanlar dayanır".

Departament direktoru əlavə edib ki, AccessBank ilə "SOS uşaq kəndləri" arasında əməkdaşlıq davamlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti