...

"Norm Sement"in İTV ilə birgə layihəsi davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2018 16:19 (UTC +04:00)
Norm Sement sosial media istifadəçiləri üçün yenilikçi kampaniyalara davam edir.
"Norm Sement"in İTV ilə birgə layihəsi davam edir

Bakı. Trend:

Norm Sement sosial media istifadəçiləri üçün yenilikçi kampaniyalara davam edir.

"Norm Sement"dən Trend-ə verilən məlumata görə, şirkət 14 iyun tarixində İctimai Televiziya ilə birgə sosial media istifadəçiləri üçün nəzərdə tutulmuş, 2018-ci il Futbol üzrə Dünya Çempionatının ümumilikdə 44 oyununu əhatə edən möhtəşəm layihəyə start vermişdir. Bu gündən etibarən DÇ-nın növbəti 1/4 mərhələsinin oyunlarında müsabiqənin III turunun sualları səsləndiriləcək.

Layihənin məqsədi sevimli oyunlarını izləyərək zövq alan futbol azarkeşlərini dəyərli hədiyyələrlə mükafatlandırmaqdır. Beləliklə, Dünya Çempionatının ölkəmizdəki izləyiciləri bu imkandan yararlanmalı, olduqları yerdən hədiyyə qazanmaq üçün İTV-də oyunları diqqətlə izləməli və aktiv olmalıdırlar.

Müsabiqə qaydalarına əsasən izləyicilər Dünya Çempionatının müxtəlif mərhələlərində keçirilən və İTV-də yayımlanan oyunlarda şərhçinin səsləndirdiyi suallara cavab tapmalı və cavabı Norm Sement-in Facebook səhifələrində oyunların elan posterlərinin şərhlər bölməsində qeyd etməlidirlər. İzləyicilər istənilən mərhələdən müsabiqəyə qoşula bilərlər. Cavabı ən tez və düzgün yazan müsabiqə iştirakçısı qalıb olur və həmin mərhələ üçün müəyyən edilmiş hədiyyələrdən birinə sahib olur. Dəyərli hədiyyələrin siyahısı belədir:

28 ədəd 300 AZN dəyərində idman mağazalarına kupon – 1/16 oyunları, I etap
8 ədəd 500 AZN dəyərində istirahət və sağlamlıq kuponu – 1/8 oyunları, II etap
4 ədəd 800 AZN dəyərində elektronika mağazalarına kupon – 1/4 oyunları, III etap
3 ədəd 1000 AZN dəyərində səyahət kuponu – 1/2 oyunları və 3-cü yer uğrunda oyunlar, IV etap
1 ədəd 2000 AZN dəyərində səyahət kuponu - Final oyunu, V etap

İzləyicilər Norm sement-in Facebook və İnstagram səhifələrinə üzv olmaqla iştirak qaydaları ilə yaxından tanış olaraq və onlara əməl edərək müsabiqədə iştirak hüququ qazanırlar. Qalib olma imkanını qaydalara riayət edən və düzgün cavabı ən tez yazan izləyici əldə edəcək. Hədiyyələr dəyərli, qaydalar isə sadədir: https://goo.gl/msq52L

Daim öz layihələri ilə seçilən və televiziya tarixinə bu müsabiqəylə yenilik gətirmiş Norm Sement futbol azarkeşlərini 15 iyul, Dünya Çempionatının final oyununadək sevindirməyə davam edəcək. Qaliblərə hədiyyələr müsabiqə tamamlandıqdan sonra İctimai Televiziyanın canlı efirində təqdim olunacaq.

İstehsal günü illik 2 mln ton sement olan Cənubi Qafqazın ən iri sement istehsalçısı Norm Sement zavodunun facebook və Instagram səhifə izləyiciləri daim yeni müsabiqələrdə iştirak imkanı qazanacaq və qalib olduqları halda real, dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti