...

Azərbaycan "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2018 17:27 (UTC +04:00)
Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb
Azərbaycan "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Bakı. Trend:

Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Trend-in məlumatına görə, ölkəmiz "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Builki reytinqə əsasən, Azərbaycan “Müəssisələrin qeydiyyatı” indikatoru üzrə 9-cu, “Mülkiyyətin qeydiyyatı” indikatoru üzrə 17-ci, “Kreditlərin alınması” üzrə 22-ci, “Minoritar investorların müdafiəsi” üzrə 2-ci, “Vergitutma” indikatoru üzrə 28-ci yeri tutub.

Hesabatda vurğulanır ki, Azərbaycan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə yaxşılaşan ölkələr sırasına daxil olub.

Hesabatda qeyd olunur ki, Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib:

“Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir. Azərbaycan tikinti icazəsinin verilməsi üçün “bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib”.

Bundan başqa, hesabatda vurğulanır ki, Azərbaycanda “ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb.

Qeyd edək ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti