...

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2019 10:52 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Trend həmin məlumatı təqdim edir:

EUR

ABŞ və Çin həftə sonu ticarət böhranının həlli ilə əlaqədar olaraq danışıqların bərpa edilməsi və əlavə gömrük rüsumlarının tətbiq edilməməsi mövzularında razılaşıblar. Bu, qlobal risklərin azalacağı ehtimallarının artmasına və avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşmaya səbəb ola bilər. Lakin buna kimi cari həftə ərzində açıqlanacaq önəmli fundamental göstəricilərin, FED-in cari il ərzində iki faiz azaldılması ehtimallarına təsir etməsi daha önəmli rol oynayacaqdır. Bu baxımından cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerikadan yayımlanacaq əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar vacib rol oynayır.

Beləliklə, 1.14$-ın altında ticarət edilən EUR/USD məzənnəsi, bu səviyyənin altında qaldıqca, 1.13$-a kimi də ucuzlaşa bilər.

GBP

GBP/USD məzənnəsi də hal-hazırda dollar qiymətlərinin təsiri altında ticarət edilməkdədir və 1.27$-ın altında qaldıqca, 1.26$-a kimi ucuzlaşa bilər.

Beynəlxalq valyuta birjalarında Amerika mərkəzi bankının cari il ərzində iki faiz azaldılması ehtimalları qismən azalıb və bu, ABŞ-dan açıqlanacaq gələcək önəmli iqtisadi göstəricilərdən asılı olacaqdır.

Funt özü isə Böyük Britaniyada seçiləcək baş nazir fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları ilə təzyiq altındadır.

TRY

USD/TRY məzənnəsi ticarət olunan dəhlizini genişləndirib. Belə ki, məzənnə 5.72TL-yə kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və sözügedən səviyyənin üzərində qalarsa, 5.84TL-yə kimi bahalaşa bilər.
Çərşənbə günü saat 11:00-da Türkiyənin inflyasiyasına dair önəmli göstəricilər də investorların diqqət mərkəzindədir.

OIL

“OPEC” təşkilatının bazar günü Vyanada toplanması və çərşənbə axşamı “OPEC+” ölkələrinin görüşmələri nəticəsində, neft istehsalının günlük 1.2 milyon barelə kimi azaldılması müzakirə ediləcəkdir. Bazar günü isə Rusiya və Səudiyyə Ərəbistanı prezidentlərinin “OPEC+” sazişinin uzadılması fonunda razılaşmaları və açıqlamalar vermələri, toplantıların formal xarakter daşımasına səbəb olmaqdadır və Brent nefti artıq 66$-a kimi bahalaşıb. Təhlillərə əsasən, bir barel üzrə qiymət 69$-a kimi də dəyər qazana bilər.

GOLD

Beynəlxalq valyuta birjalarında dolların bahalaşması və qlobal ticarət münasibətlərin qaydaya qoyulması ehtimalları, əlvan metallar birjalarında da qızılın ucuzlaşmasına səbəb olub. Bir unsiya üzrə qiymət hal-hazırda 1400$-ın (45.0 $/qram) altında ticarət edilir və 1383$-ı (44.5 $/qram) qırarsa, 1358$-a (43.7 $/qram) kimi də ucuzlaşa bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti