...

Azərbaycanın layihəsi dünya bazarında bilet satışı üzrə liderlərdən birinə çevrilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2020 09:46 (UTC +04:00)
Azərbaycanın layihəsi dünya bazarında bilet satışı üzrə liderlərdən birinə çevrilə bilər

Bakı. Sədrəddin Ağcayev - Trend:

2019-cu ildə tədbirlər üçün onlayn bilet satışı bazarının həcmi 51,17 miyard dollar təşkil edib, bu göstəricinin növbəti illərdə orta illik 4,8 faiz artım tempi ilə yüksələcəyi gözlənilir.

Bunu Trend-ə "Ticketsetup" startap layihəsinin proqram təminatı üzrə mühəndisi Cavid Abbasov deyib.

Onun sözlərinə görə, bu il bilet satışının həcmi 12 milyon dollar təşkil edib və ümumilikdə 2 milyondan çox bilet satılıb.

O qeyd edib ki, "Ticketsetup" ölkədə Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Qala" qoruğu, İncəsənət muzeyi və digər təşkilatlarla işləyir:

"Müəyyən məqamda biz başa düşdük ki, yerimizdə dayanmamalıyıq və iri bazara çıxmaq lazımdır. Bu məqsədlə şirkətimizin həmtəsisçiləri ABŞ-da rəsmi struktur açdılar. Platformamızın vasitəsilə insanlar dünyanın istənilən yerində tədbirlər keçirir və bilet satışını təşkil edir. Biz beynəlxalq bazarda K1, MTV, "Red Bull", "TedX", "Mariott International", "BMW", "World Net Summit", "Jara", "Coca-Cola", "Audi", "Google" və bir çox digər şirkətlərlə əməkdaşlıq edirik".

C.Abbasov əlavə edib ki, davam edən pandemiya ilə əlaqədar tədbir menecerləri və bilet platformaları daha çox əziyyət çəkir:

"Əminəm ki, pandemiyadan sonra, hər şey normaya qayıtdıqdan sonra rəqiblərimizin zərərləri fonunda bizim layihənin minimal itkiləri bizə bazarın böyük hissəsini ələ keçirməyə imkan verəcək. Biz proqnozlaşdırırıq ki, platformamızın satışları bütün bazarlarda lider mövqelərdə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti