...

Azərbaycanda beşillik iqtisadi inkişaf planı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2021 12:19 (UTC +04:00)
Azərbaycanda beşillik iqtisadi inkişaf planı hazırlanır

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatının inkişafı üzrə beşillik strateji plan bu ilin sonunadək qəbul olunacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu plan ölkənin iqtisadi inkişafına xidmət edəcək.

Nazirin sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulunun cari artım tempi gözləntiləri üstələyib:

"Bu il ixracın da artımı gözlənilir. Biz görürük ki, xammalın təkrar emalı və bunun sayəsində ixracın artırılması üçün potensial var".

Qeyd edək ki, Dövlət Satistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 54 milyard 730,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti