...

"Tesla"nın satışlarının artması analitiklərin gözləntilərini üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2021 05:21 (UTC +04:00)
"Tesla"nın satışlarının artması analitiklərin gözləntilərini üstələyib

Bakı. Trend:

"Tesla" korporasiyası qlobal mikroçip çatışmazılığına baxmayaraq 2021-ci ilin III rübündə 241 mindən artıq elektrikli avtomobillər satıb.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb (ötən ilin III rübündə 140 min elektrikli avtomobil satıb).

"FactSet" şirkətinin analitikləri "Tesla"nın III rübdə 227 min elektrikli avtomobil satacağını gözləyirdilər.

Qeyd edək ki, 2021-ci il ərzində şirkət ümumilikdə 627 minə yaxın elektrikli avtomobil satıb, bu isə gözlənilən 499 550 mindən daha çoxdur.

"Wedbush" analitikləri 2021-ci ildə "Tesla"nın 900 minə yaxın elektrikli avtomobil satacağını proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti