...

Azərbaycanda startaplar üçün “Equipment sharing” modeli əsasında mərkəzin yaradılması nəzərdə tutulur - Orxan Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2022 11:15 (UTC +04:00)
Azərbaycanda startaplar üçün “Equipment sharing” modeli əsasında mərkəzin yaradılması nəzərdə tutulur - Orxan Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda startaplar üçün MDB məkanında ilk “Equipment sharing” modeli əsasında fəaliyyət göstərəcək mərkəzin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, burada müxtəlif texnoloji avadanlıqlar, serverlər və şəbəkə sistemləri startapların ortaq istifadəsinə veriləcək.

"Bundan əlavə yaradılması nəzərdə tutulan Model müəssisə startup-ların mikro istehsal tirajlarını yerləşdirməyə və KOB-lara ən səmərəli istehsal proseslərini sınaqdan keçirərək öz müəssisələrində tətbiqinə şərait yaradacaq. KOB-lara rəqəmsal həllərin daha da əlçatan edilməsi məqsədilə bulud texnologiyalar əsasında bu cür həllər onların ortaq istifadəsinə təqdim ediləcək. Gələcək illərdə KOB-ların xarici bazarlara çıxışına dəstək o cümlədən xarici potensial investorlar hesabına mikrosahibkarlıq subyektlərinin sayının artması üçün yeni məsafəli biznes qurma və idarəetmə həlləri tətbiq ediləcək", - O.Məmmədov deyib.

O əlavə edib ki, həmçinin əcnəbi proqramçıları və İT mütəxəssisləri ölkəyə cəlb etmək və burada onlar üçün münbit şəraitin yaradılması istiqamətində araşdırmaların aparılması nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti