...

Qarabağın bərpasında maraqlı olan sahibkar və investorlara dəstək üçün yeni paket hazırlanır - Sahib Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2022 10:42 (UTC +04:00)
Qarabağın bərpasında maraqlı olan sahibkar və investorlara dəstək üçün yeni paket hazırlanır - Sahib Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın bərpasında maraqlı olan sahibkar və investorların dəstəyi və təşviqi üçün yeni paket hazırlanır.

Trend-in məlumatına görə, bunu çərşənbə günü 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərinin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Qarabağ regionunun bərpası, inkişafı, eləcə də reinteqrasiyası üçün böyük işlər görülür.

"Qarabağ böyük istehsal və sənaye potensialına malikdir. Biz bu işlərdə iştirak etmək istəyən xarici investorlar üçün cəlbedici şərait yaratmışıq. Ağdam və Cəbrayılda iqtisadi zonalar yaradılıb, burada ilk rezidentlər qeydiyyatdan keçib və müəssisələrin yaradılmasına başlayıblar. Bu iqtisadi zonaların rezidentləri vergi və rüsumlardan azad olma kimi təşviqlərdən yararlana bilər. Qeyd edim ki, əlavə olaraq Qarabağın bərpasında maraqlı olan sahibkar və investorların dəstəyi və təşviqi üçün yeni paket hazırlanır", - nazir müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti