...

Qarabağın bərpasında iştirak etmək üçün müraciətlərin sayı 1200-ə çatıb - Nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2022 10:52 (UTC +04:00)
Qarabağın bərpasında iştirak etmək üçün müraciətlərin sayı 1200-ə çatıb - Nazir müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın bərpasında iştirak etmək üçün müraciətlərin sayı 1200-ə çatıb.

Trend-in məlumatına görə, bunu çərşənbə günü 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərinin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu müraciətlərin 400-ü xarici şirkətlərin payına düşür.

"Bu il sərgilərin iştirakçılarının sayı ötən illə müqayisədə 10 faiz artıb. Tədbirlərdə 17 ölkədən, o cümlədən Belarus, Macarıstan, Gürcüstan, Hindistan, İtaliya, Polşa, Qazaxıstan, Rusiya, Rumıniya, Özbəkistan, İsveç kimi ölkələrdən 300-dən çox şirkət iştirak edir", - S.Məmmədov bildirib.

Nazir müavini əlavə edib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi daxili məhsulunda tikintinin payı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti