...

"mygov"un inhisarlaşmasına yol verməmək vacibdir - İnarə Vəliyeva

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2024 13:06 (UTC +04:00)
"mygov"un inhisarlaşmasına yol verməmək vacibdir - İnarə Vəliyeva
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"mygov" inhisarlaşmamalıdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri İnarə Vəliyeva "mygov" rəqəmsal hökumət platformasının yenilənmiş versiyasının təqdimatı çərçivəsində çıxışında bildirib.

"Son illərdə "davamlılıq" sözü o qədər geniş yayılıb ki, bəzən bu anlayışın həqiqi mənası nəzərə alınmır. Lakin davamlılıq bizim üçün nə deməkdir? Daim dəyişən texnologiyalar və tələblər şəraitində bu, platformanın uyğunlaşa və effektiv işləyə bilmə qabiliyyətidir. Biz gələcəkdə də effektiv işləyə biləcək texnoloji bazanın yaradılmasına çalışırıq", - İ.Vəliyeva bildirib.

O, həmçinin, "mygov"un inhisarlaşmamasının vacib olduğunu və vətəndaşların xidmətlərdən istənilən platformada yararlana bilməsini təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

"Davamlılıq bizim üçün yalnız Agentlikdən asılı olan bir platformanın inkişafını deyil, həm də müstəqil və uzunmüddətli böyüməni ifadə edir. "mygov" platforması yalnız buz dağının görünən hissəsidir", - o əlavə edib.

Vəliyeva layihənin arxasında çoxsaylı dövlət qurumları və özəl şirkətlərin dayandığını, məsələn, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumların iştirakını qeyd edib. Onların dəstəyi və qarşılıqlı fəaliyyəti qanunvericilik bazasının yaradılması, məlumatların və xidmətlərin inteqrasiyası üçün vacib olub, bu da vətəndaşlar üçün indiki səviyyədə rahatlığı təmin edib.

"Əgər bu qurumlar "mygov"da sənədlərin yaranmasına kömək etməsəydi, məlumatların təmizlənməsi və sistemlərin birləşdirilməsi ilə bağlı dəstək verməsəydi, biz bugünkü təqdimatı keçirə və vətəndaşlara təqdim etdiyimiz rahatlığı təmin edə bilməzdik. Bu, əməkdaşlığımızın məğzidir. Və nəhayət, əsas prinsipi bir daha vurğulamaq istəyirəm - vətəndaşlar hər şeyin mərkəzindədir. Biz bu yolu başladığımız zaman digər ölkələrin rəqəmsal yeniliklər sahəsində çox irəlilədiklərini gördük və biz gec başladıq. Amma bu, həm də üstünlükdür: başqalarının səhv və çatışmazlıqlarını öyrənib bizim üçün ən yaxşı həlləri uyğunlaşdırmaq imkanı verdi. O vaxtdan bəri, məhsulun hər kəs üçün, həqiqətən, rahat və effektiv olmasını təmin etmək məqsədilə vətəndaşlarla fəal şəkildə çalışdıq", - o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti