...

Bank Respublika 2006-cı ilin ikinci yarısından Iisa kartlarının emissiyasına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 19:19 (UTC +04:00)

Bank Respublika ölkənin plastik kart bazarında öz fəaliyyətini genişləndirir. Bankın İdarə Heyətinin sədri Xədicə Həsənovanın Trend ə verdiyi məlumata görə, bu gün Bank Respublika ölkədə 35 gün ərzində faizsiz kredit xəttinin istifadəsi imkanları ilə pulsuz kartlar təqdim edən yeganə bank olaraq qalır. Bank özünün kart sahiblərinə 24 saat və həftənin 7 günü ərzində xidmət planında da vahid olaraq qalır. Bu, bankın respublika əhalsinin orta sinfi üçün riteyl-bank kimi inkişaf etməsinə imkan verir.

Hazırda bank MasterCard kartları buraxır və buraxılan kartların miqdarı 7 minə yaxındır, onlardan 95%-i aktivdir. İlin ikinci yarısında bank Iisa International beynəlxalq ödəniş sisteminin buraxılışına başlayacaq.

İlin sonuna kimi Bank Respublika bankomatların sayını 20-dək artıracaq. POS-terminalların sayı 60-dan artıqdır. Bankın rəhbərinin sözlərinə görə, terminalların şəbəkəsi nəqdsiz hesabların təkmilləşdirilməsi barədə prezidentin sərəncamı ilə əlaqədar fəal inkişaf edir.

Xəbər lenti

Xəbər lenti