Nəqliyyat Nazirliyinin AZAL dövlət konserni Airbus şirkətindən sonuncu 4-cü təyyarəni alıb. Hökumət mənbələrindən Trend ə verilən məlumata əsasən, A-319 təyyarəsi "Qazax" adlanıb.
2 salon və 122 sərnişin yeri olan layner uçuşların təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün müasir avadanlıqla təchiz olunub.
AZAL ilk təyyarəni ötən ilin sentyabrında alıb. Bu təyyarələrin alqısı haqqında saziş Airbus şirkətilə 2004-cü il avqustun 25-də, Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı imzalanıb. Bu layihənin dəyəri təxminən 136 mln. avrodur.