...

İranın özəl sektorunun sahibkarlardan ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2006 10:12 (UTC +04:00)

İranın Ticarət İnkişaf Təşkilatı noyabrın 19-25-də ölkənin özəl sektorunun sahibkarlardan ibarət nümayəndə heyətini Azərbaycan və Gürcüstana göndərmək barədə qərar qəbul edib. Bu barədə Trend in xüsusi müxbiri Fars News Agency-yə istinadən xəbər verir.

Nümayəndə heyətinə İranın Ticarət İnkişaf Təşkilatının direktoru təhbərlik edəcək.

Hazırda Azərbaycan və İran qaz əməliyyatları ilə bağlı məsələni intensiv şəkildə müzakirə edir. Bu əməliyyatlar yeni qaz kəməri ilə həyata keçirilə bilər. Həmçinin, enerji ötürücü obyektlərin genişləndirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti