...

2007-ci ildə "Avtomobil yolları" fonduna 100 mln. AZN həcmində daxilolmaların olacağı proqnazlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2006 11:45 (UTC +04:00)

Gələn ilin sonunadək "Avtomobil yolları" büdcə fonduna təxminən 100 mln. AZN həcmində vəsaitin daxil olacağı proqnozlaşdırılır. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Nazirin sözlərinə görə, bu fondun yaradılmasının yol tikintisinə nə daxili, nə də xarici investisiyaların qoyulmasına heç bir aidiyyatı yoxdur. "Bu günə qədər dövlət büdcəsindən avtomobil yollarının saxlanması üçün xərclərə vəsaitlərin ayrılması nəzərdə tutulurdu. Bu xərclər avtoyolların lazımi vəziyyətd ə saxlanması üçün kifayət olmayıb", - deyə nazir qeyd edib. Fondun vəsaitləri bilavasitə mövcud yolların lazımi vəziyyətdə saxlanmasına yönəldiləcək.

Bu il büdcə investisiyalarının hesabına Quba, Yardımlı, Daşkəsən, Xanlar, Xızı rayonlarında yollar inşa edilib. "Magistral yollar layihəsi çərçivəsində bütün istiqamətlərdə bütün maliyyə məsələlərini həll etmişik, maliyyələşdirmə mənbələri müəyyənləşdirilib, sənədlər imzalanıb. Gələn ildən bütün magistral yollarda fiziki işlər başlayacaq", - deyə Z.Məmmədov qeyd edib.

Dünən Azərbaycan prezidenti respublikanın dövlət büdcəsində "Avtomobil yolları" büdcə fondunun yaradılması haqqında sərəncam verib. Fond bu sahədə həyata keçirilən işlərin sürətləndirilməsi, avtomobil yolları şəbəkəsindən səmərəli istifadə və onların lazımi səviyyədə saxlanması üçün yaradılıb.

Bu fondun yaradılması büdcənin növbəti maddələri hesabına həyata keçiriləcək: yol vergisi, yük və sərnişin daşınması üçün istifadə olunan avtonəqliyyat vasitələrinin sahibləri və sürücülərinin ödədiyi sadələşdirilmiş vergi, idxal olunan avtomobillər üçün tətbiq edilən aksizlər, idxal olunan avtomobillər üçün istifadə olunan vergi rüsumları, Azərbaycan ərazisindən keçməklə beynəlxalq daşınmaların həyata keçirilməsi üçün icazələrdən dövlət rüsumları, avtonəqliyyatın, o cümlədən motonəqliyyat vasitələrinin, qoşqu və yarımqoşquların illik texniki müayinəsindən dövlət rüsumları.

Büdcənin çıxar hissəsində bu vəsaitlərə sərəncam verən qismində Azərbaycan Nəqliyyat Nazirliyi göstəriləcək.

Xəbər lenti

Xəbər lenti