...

Azərbaycanda yeni "Dədə Qorqud" tankeri istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2006 15:14 (UTC +04:00)

Bu gün Bakıda "Dədə Qorqud" tankeri istismara verilib. Tanker Xəzər Dəniz Gəmiçilik İdarəsinin sifarişi ilə Rusiyanın "Krasnoye Sormovo" gəmiqayrıma zavodunda (Nijri Novqorod) inşa edilib. Bu günə qədər cəmiçilik həmin zavoddan 7 - ağırlığı 8 min ton olan 2 və 13 min ton olan 5 tanker alıb. Trend in xəbər verdiyi kimi, bu barədə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov məlumat verib. Yeni tanker sabah Bakı-Aktau marşrutu ilə işə başlayacaq.

"Dədə Qorqud" tankeri "Prezident Heydər Əliyev" tankerinin layihəsi əsasında inşa edilib. Baş gəmi - "Prezident Heydər Əliyev" gəmisi 2004-cü ilin sentyabrında, "Babək" 2004-cü ilin noyabrında, üçüncü - "Şah İsmayıl Xətai" gəmisi keçən ilin oktyabrında, "Koroğlu" bu ilin avqusunda sifarişçiyə təhvil verilib. "Dədə Qorqud" tankeri 2006-cı ilin may ayının sonunda suya buraxılıb.

Tankerin uzunluğu 152 m, eni 17,30 m, köyərtəsinin hündürlüyü 10,5 m, suya oturma səviyyəsi 6,99 m, yüklə dolu sürəti isə 10 düyündür. Tankerin ağırlığı - 13 min ton Xəzərdə sərbəst istismar oluna bilən gəmi üçün maksimal göstəricidir.

Tankerin dəyəri $15,64 mln-dur.

Xəbər lenti

Xəbər lenti