...

I Polşa milli sərgisində 40-a qədər şirkət iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2006 16:03 (UTC +04:00)

Noyabrın 8-10-da Bakıda keçiriləcək I Polşa milli sərgisində 40-a qədər şirkət təmsil olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 3-də Polşanın Azərbaycandakı səfirliyində keçirilmiş mətbuat konfransında Polşa Ticarət Palatasının Yardım Mərkəzi idarə heyətinin sədri xanım Bojena Vrublevska bildirib.

Onun sözlərinə görə, sərgi Polşa senatının spikeri Boqdan Boruseviç və iqtisadiyyat naziri Pyotr Qjeqoja Voznyakın hamiliyi ilə keçiriləcək. Həmçinin, sərgi üzərində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və iqtisadi inkişaf naziri Heydər Babayevin himayəsi də gözlənilir.

Sərgidə ən ciddi polşalı sahibkarların iştirak etməsi o deməkdir ki, sərgi Polşa-Azərbaycan ticarət əlaqələri tarixində Polşa iqtisadiyyatının ən böyük təqdimatı olacaq. Sərgi iqtisadi forumun keçirilməsi ilə müşayiət olunacaq. Forumda qarşılıqlı əməkdaşlığın əsas problemləri müzakirə olunacaq. Sərgidə Polşanın aviasiya, yüngül sənaye, kosmetika, əczaçılıq, tikinti və digər sahələrdə ixtisaslaşmış ən iri şirkətləri öz təkliflərini verəcək. Sərginin təşkilatçısı sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin əksəriyyətini birləşdirən Polşa Təsərrüfat Palatasının Yardım Mərkəzidir. Sərginin həmtəsisçisi isə ölkənin ən yaxşı şirkətlərini təmsil edən Polşa Sənaye Nişanı Fondudur. Sərgi Polşanın Bakıdakı səfirliyinin köməyi ilə təşkil olunub.

Xəbər lenti

Xəbər lenti