...

Oktyabrda Azərbaycan Çelyabinsk Traktor Zavodunun istehsalı olan beş traktor tədarük edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2006 12:49 (UTC +04:00)

2006-cı ilin oktyabr ayı ərzində Çelyabinsk Traktor Zavodu yaxın və uzaq xaricə 96 milyon rubl məbləğində traktor ixrac edib. Çelyabinsk traktor istehsalçıları MDB ölkələrinə 28, eyni zamanda Azərbaycana 5 traktor göndəriblər. Trend in xəbər verdiyi kimi, bu barədə "Ural-press" agentliyinə "ÇTZ- Uraltrak" MMC-nin informasiya və ictimai əlaqələr idarəsindən bildiriblər.

Ay ərzində xarici istehlakçılar üçün traktor ehtiyat hissələri, 33 mühəndis maşını və 1,5 milyon rubl məbləğində tökmə zavodunun məhsulları göndərilib.

2006-cı ilin noyabrında ÇTZ 66 ədəd texnika ixrac edir. Bütövlükdə 2006-cı ildə zavod tərəfindən texnikanın ixrac tədarükləri 400 ədəddən az olmayacaq.

Xəbər lenti

Xəbər lenti