...

Technikabank-ın istiqrazları tamamilə satılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2006 16:13 (UTC +04:00)

Bakı fond birjasında (BFB) "Tekhnikabank" ASC-nin faizli sənədsiz adlı istiqrazları satılıb.

Trend birjanın məlumatına istinadən xəbər verir ki, 2 mln. ABŞ dolları həcmində elan olunmuş emissiya elə ilk hərracda tamamilə satılıb. Alıcılar iki hüquqi şəxs - qeyri-rezident olub.

Bir istiqrazın nominal dəyəri 1 min ABŞ dolları təşkil edib və satış qiyməti də elə həmin həcmdə müəyyən olunub.

İstiqrazlar üzrə gəlirlilik 14%, tədavül müddəti 730 gün təşkil edib.

Xəbər lenti

Xəbər lenti