...

Azərbaycan hökuməti Vaşinqton məhkəməsində Barmek Holdinq şirkəti ilə məhkəmə istintaqında öz maraqlarını müdafiə etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 15:56 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirinin müavini Mikayıl Cabbarovun Trend ə verdiyi məlumata görə, Azərbaycan hökuməti Türkiyənin Barmek Holdinq Şirkətinin artıq Vaşinqton məhkəməsində istintaq prosesinə başlanmış iddialarına mövqeyini müəyyənləşdirib. İddia predmeti kimi Barmek Holdinq Şiirkətinin "Bakıelektrikşəbəkəsi"nə yatırdığı 291 mln. $ investisiyanın ödənilməsidir.

"Arbitraj məhkəməsinin qanunlarına əsasən, hər ölkə özünə arbitr müəyyənləşdirir və bu iki arbitr özünə üçüncüsünü seçir. Hazırki proses - adi istintaq prosesidir və bizi narahat eləmir. İstənilən qərar tribunal tərəfindən (seçilmiş üç arbitrlə) qəbul olunur və Azərbaycan hökuməti öz haqqını istər ölkə hüdudları çərçivəsində,istərsə də beynəlxalq məhkəmədə sübut edə bilər"- deyə nazir müavini qeyd edib.

"Bu vaxta qədər Azərbaycan hökumətindən təminat ödənilməsi tələb olunması çərçivəsində ("Tiqr" gəmisi ilə bağlı və s.) keçirilən müxtəlif gurultulu məhkəmə proseslərində Azərbaycan tərəfin maraqları tamamilə müdafiə olunub və heç bir məhkəmə ölkənin maraqlarına zidd qərar çıxarmayıb. Ona görə də hazırki prosesdə Azərbaycanın maraqları tam müdafiə olunacaq" - M. Cabbarov belə hesab edib.

Xəbər lenti

Xəbər lenti