...

Azərbaycanın "Şamxor" tankerində baş vermiş qəza nəticəsində zərərçəkmiş 3 nəfər xəstəxanadan buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 14:30 (UTC +04:00)

"Cəmiçilikdən Trend ə verilən məlumatda dyeilir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Cəmiçiliyinin (KASPAR) "Şamxor" tankerində baş vermiş texniki qəza nəticəsində zərərçəkmiş üç nəfər xəstəxanadan buraxılıb. Hazırda müalicə müəssisəsində iki nəfər qalır ki, onlar hələ həkim nəzarəti altında olmalıdırlar.

"Şamxor" tankerində partlayışın səbəbi texniki qəza olub. Boruda qaz analizatorlarının qoyulması üçün lehimləmə işləri aparılarkən toplanmış qaz nəticəsində partlayış baş verib. KASPAR-dan bildiribəlr ki, bundan öncə neft məhsulları qalıqlarının təmizlənməsi və deqazasiyası aparılıbmış.

Qəza nəticəsində 5 nəfər zədə alıb və 1 nəfər "Paris kommunası adına" zavodun əməkdaşı vəfat edib. İş icra olunarkən dörd adam iştirak edib (biri ölüb, üçü yaralanıb). Daha iki nəfər yardım göstərərkən zədə alıb.

Zərər çəkmıiş əməkdaşların müalicəsi ilə bağlı bütün xərcləri KASPAR öz üzərinə götürüb. Vəfat emiş əməkdaşın (Qurbanlı Cəlil Heybət oğlu, 1968-ci il təvəllüdlü) dəfn xərclərini cəmiçilik öz üzərinə götürüb. Vəfat etmişin uşaqları yetkinlik yaşına çatana qədər ailəsi onun əmək haqqını alacaq.

"Şamxor" tankeri 12 334 ton dedveytə malikdir. Bu tanker bundan öncə təhlükəsizlik üzrə beynəlxalq konvensiyaların tələb etdiyi kimi ikinci bortla təchiz edilib.

Xəbər lenti

Xəbər lenti