...

"Azərbaycan Beynəlxalq Bankı -Gürcüstan" SC səhmdarların yığıncağına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2007 12:14 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı- Gürcüstan" SC 30 yanvar 2007-ci il tarixində səhmdarların ümumi yığıncağını keçirəcək. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbirinə daxil olmuş "ABB-Gürcüstan"ın rəsmi bəyanatında qeyd olunub.

Səhmdarların yığıncağının gündəliyinə SC Nizamnaməsində dəyişiklərin edilməsi, təftiş komissiyasının üzvlərinin seçilməsi, eləcə də digər təşkilati məsələlərin müzakirəsi daxildir. "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan" SC Azərbaycanın ən böyük kommersiya bankı Azərbaycan Beynəlxalq Bankın törəmə bankıdır.

Azərbaycan Beynəlxalq Bankı Tbilisidə əvvəl Gürcüstanın "Saknavtobi" dövlət şirkətinə məxsus, Kostava küçəsi, 65 ünvanındakı binada yerləşib (torpaq sahəsi 1 min 398 kv2). Azərbaycan tərəfi bu yerə görə 4 mln. dollar ödəyib. 2006-cı ilin 9 ayı ərzində Azərbaycan Beynəlxalq Bankının gəlirləri 120,6 milyon manata (137,5 mln. dollar) çatıb.

İlk doqquz ay ərzində bankın mədaxili təxminən 26,4 milyon manat (30,1 mln. dollar) təşkil edib. 2003-cü ilin eyni göstəriciləri ilə müqayisədə artım müvafiq olaraq, 216% və 238% təşkil edib.

Bu günə olan məlumata görə, ABB-nin payına ölkənin bank sektorunun bütün aktivlərinin 45%-i düşür.

Üçüncü rübün yekunlarına görə Bankın aktivlərinin məbləği 1416,9 milyon manat təşkil edib, bu isə ilin əvvəlindən 23,7% (və 2003-cü illə müqayisədə 187%) çoxdur. Həmçinin qeyd etmək lazımdır ki, ilk üç rüb ərzində ROA əmsalı 2,06% təşkil edib.

Xəbər lenti

Xəbər lenti