...

"Bel Az Agrotexservis" "Xıllı Avtotəmir" SC-nin səhmlərinin 30,11%-ni əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2007 18:58 (UTC +04:00)

Dövlət əmlakının idarə olunması üzrə dövlət komitəsi "Xıllı Avtotəmir" SC-nin səhmlərinin 30,11% -nin satışı üzrə investisiya müsabiqəsinin nəticələrini açıqlayıb. Dövlət komitəsindən Trend ə verilən xəbərə görə, müsabiqənin qalibi "Bel Az Agrotexservis" MMC olub.

İnvestisiya müsabiqəsinə pul hərracında satılmayan səhm paketi çıxarılıb. İnvestisiya proqramına əsasən, investor bir il ərzində müəssisəyə 500 000 ABŞ dolları həcmində vəsait qoymağı öhdəsinə götürüb. Nəticədə müasir standartlara uyğun olaraq, kənd təsərrüfatı texnikasının bütün növlərinin keyfiyyətli təmiri, eləcə də bu sektorda istifadə olunan avadanlığın istehsalı üçün imkan yaradılacaq.

Müsabiqənin şərtlərinə görə, "Bel Az Agrotexservis" dövlət büdcəsinə 12 000 manat keçirəcək. Adi investisiya müsabiqəsindən fərqli olaraq, şərtlərdə özəlləşdirmə çeklərinin verilməsi nəzərdə tutulmayıb. İnvestor həmçinin bir sıra sosial xarakterli tədbirlər görməyi, yəni müəssisə əməkdaşlarının əmək haqqını 150 manata qədər artırmağı planlaşdırır. Və investisiya fəaliyyəti dövründə 120-ə yaxın iş yeri açılacaq.

Xəbər lenti

Xəbər lenti