...

Bakıda ilk dəfə olaraq Beauty Azerbaijan-2007 sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2007 19:13 (UTC +04:00)

2007-ci ildə Bakıda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq "Beauty Azerbaijan" sərgisi keçiriləcək.

Sərginin təşkilatçısı Iteca Caspian LLC-yə istinadən Trend xəbər verir ki, Beauty Azerbaijan-2007 - regionda və Azərbaycanda keçirilən ilk beynəlxalq sərgidir.

Dörd gün ərzində Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə, MDB-nin digər dövlətlərindən və uzaq xaricdən 10 min insan sərgiyə baş çəkəcək. İştirakçılar Beauty Azerbaijan-2007-ni ünsiyyət, təklif , marketinq üçün ideal forum, satış və bazarda yeni məhsulların irəliləməsi kimi istifadə edə bilər.

Sərgi 6-9 noyabr tarixində Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək.

Sərginin əsas bölmələri plastik cərrahiyyə: plastik cərrahiyyə, gözəllik salonları üçün avadanlıq və alətlər, saça, dəriyə, bədənə qulluq vasitələri, dekorativ, müalicəvi-profilaktik, sağlamlaşdırma və fitokosmetika, uşaqlara qulluq üçün məhsullar, gigiyena vasitələri və s. olacaq.

Sərginin keçirilməsi üçün rəsmi dəstəyi Səhiyyə Nazirliyi, Ticarət-Sənaye Palatası, Azərbaycana İxracatın və İnvestisiyanın Həvəsləndirilməsi Fondu və Azərbaycan Stomatoloji Assosiasiyası göstərəcək.

Bu tarixdə Qafqaz və Xəzər dənizi regionunda ən böyük və Azərbaycanda yeganə 13-cü "Səhiyyə - BİHE 2007" Azərbaycan Beynəlxalq Sərgisi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti