...

Tovuz şərab zavodu tam şəkildə özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 15:21 (UTC +04:00)

Dövlət Əmlakının İdarəsi üzrə Dövlət Komitəsi "Tovuz-Şərab-2" SC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib. Dövlət Komitəsindən Trend ə bildiriblər ki, qalib pul hərracında realizə olunmamış səhmləri almış fiziki şəxs olub.

İnvestisiya proqramında investor şərabçılıq müəssisəsinə 135,5 min dollar pul qoymağı öhdəsinə götürüb. Qoyulan vəsait təmir-tikinti işlərinə, müasir avadanlıq alınmasına, xammal alınması və saxlanmasına sərf ediləcək. Sahibkar həmçinin dövlət büdcəsinə 33 min manat keçirməyi də öhdəsinə götürüb.

İstehsal prosesinin bərpası və inkişafı məqsədilə ivestisiya layihəsi çərçivəsində yeni iş yerlərinin açılması və sosial yönümlü digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti