AZAL Dövlət Konserni Heydər Əliyev adına Bakı beynəlxalq aeroportunda istifadə üçün sərnişinlərin təyyarəyə çatdırılması məqsədilə "MAZ-17-10-75" markalı iki avtobus alıb.
Minsk Avtomobil Zavodundan (MAZ) verilən məlumata istinadən Trend xəbər verir ki, avtosulraın alınması barədə razılıq keçən payız Minskdə keçirilən MDB sammiti gedişində əldə edilib.
AZAL DK-ya təqdim olunan avtobuslar sərnişinlərin rahatlığı üçün əlavə kondisionerlərlə təchiz edilib.
MAZ mütəxəssisləri lazımi texniki dəstəyi göstərmək məqsədilə Azərbaycana gəliblər. Avtobuslar minimum 120 sərnişin üçün nəzərdə tutulub. Avtobusun uzunluğu 14,4 metr, eni 3,15 metr təşkil edir.