...

DB missiyası Azərbaycanın maliyyə sahəsində layihələrini nəzərdən keçirməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 14:40 (UTC +04:00)

Azərbaycanda Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini nəzərdən keçirmək üçün bankın ölkənin maliyyə sahəsində layihələrin rəhbəri Sonya Brayoviç - Bratanoviçin başçılığı altında missiyası Bakıdadır.

DB-nin Bakı nümayəndəliyindən Trend ə verilən məlmata əsasən, DB-nin ekspertləri "Maliyyə sahəsinə texniki yardım" və "Maliyyə xidmətlərinin inkişafı" layihələrinin həyata keçirilməsi ilə tanış olacaq.

Bununla yanaşı, artıq "Azərbaycanın maliyyə sisteminin müasirləşdirilməsi" yeni layihəsinin ilkin identifikasiyası aparılıb. Layihənin konsepsiyası DB-nin layihəni həm maliyyə, həm də texniki yardım nöqteyi - nəzərindən dəstək verməsindən ibarətdir. Layihə çərçivəsində ölkənin bank (bank infrastrukturlarının inkişafı) və maliyyə sahəsinin, kapital bazarının, həmçinin qiymətli kağızlar bazarının inkişafına dəstəyin verilməsi nəzərdə tutulub.

Azərbaycan Milli Bankının baş direktoru Rüfət Aslanlının Trend ə verdiyi məlumata əsasən, AMB DB-yə maliyyə bazarının hansı sahələrində əlavə məsləhətçi xidmətlərinə ehtiyac duyulduğu barədə öz fikirlərini də təqdim edib. Lakin layihənin maliyyə tərkibi hələ qiymətləndirilməyib, belə ki, komponentlərin yekun seçimi keçirilməyib.

Layihənin dəyəri layihənin qiymətləndirilməsindən sonra müəyyən ediləcək. İlkin məlumatlara əsasən, praktiki olaraq bu Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) şərtləri ilə ölkənin maliyyə sahəsinin dəstəyi üçün sonuncu kredit olacaq. Bu layihəyə BİA-nın 2007-ci maliyyə ili üçün (2006-cı ilin iyul ayından başlayaraq 2007-ci ilin 30 iyununda başa çatan) təsdiq olunmuş limit çərçivəsində istifadə olunmamış vəsaitinin qalıqlarının istiqamətləndirilməsi nəzərdə tutulub. Müvafiq olaraq, layihənin büdcəsi kredit resursları qalığının tamamlanmasından sonra müəyyənləşəcək.

DB maliyyə sahəsinə texniki yardım layihəsinə (FSTA) 5,4 milyon dollar, maliyyə xidmətlərinin inkişafına 12 milyon dollar məbləğində kredit ayırıb.

Xəbər lenti

Xəbər lenti